Ən qısa zamanda Türkiyəyə gələcəklər. Həm Rusiya, həm də Ukrayna limanlarında gözləyən gəmilərimiz var.
Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya limanlarındakı türk gəmiləri ilə bağlı danışarkən deyib.
“Müsbət cavablar aldıq. Ən qısa zamanda müsbət irəliləyişlər gözləyirik. Rusiya ticarət gəmilərimizin gəlişi üçün lazımi təhlükəsizliyi təmin edəcək”, - Akar vurğulayıb.