ABŞ Konqresi bu həftə Ukraynaya 10 milyard dollar ayrılması məsələsini müzakirə edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi mediaya açıqlamasında deyib.
Pelosi bildirib ki, ABŞ lideri Co Bayden Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 10 milyard ayrılmasını istəyib:
“Konqresin bu fövqəladə maliyyə yardımını təsdiqləyəcəyi gözlənilir”.
Pelosi Rusiyanın təcridi üçün layihə təkliflərinə də baxılacağını bildirib.