Ukrayna və Rusiya böhranında mövqeyimizi görürsünüz. Biz sülh tərəfdarıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Qurtulmuş deyib.
"Qara dəniz müharibə gölü deyil, ümid edirik ki, sülh mühiti olacaqdır. Biz həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlayan bir ölkə olaraq, hansısa formada ölkələr arasında vasitəçilik edə və ünsiyyət qura biləcək mövqeyimizi qorumağa çalışırıq. Həll meydanda deyil, masadadır. Bu müharibə ən qısa zamanda sülhlə sona çatacaq və Türkiyənin də daxil olduğu bu coğrafiyanın daha böyük bədəllər ödəməsinin qarşısı alınacaq", - Qurtulmuş bildirib.