Ukraynanın işğalı müvəqqətidir, ona görə də Rusiya hərbçilərini ölkədən çıxarmaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.
O qeyd edib ki, şəhəriniz işğal olunanda etiraz etmək xüsusi qəhrəmanlıqdır. Zelenski işğalın müvəqqəti olduğunu vurğulayıb.
Prezident rusların daxil olduğu bütün şəhərlərdə ukraynalıları hücuma keçməyə çağırıb:
"Biz bayıra çıxmalıyıq. Fürsət olduqca mübarizə aparmalıyıq. Xersonda olduğu kimi. Berdyanskda olduğu kimi. Melitopolda olduğu kimi. Konotopda olduğu kimi. Çölə çıxıb bu şərri şəhərlərimizdən qovmalıyıq”.
“Düşməndən geri alınan hər metr ərazimiz qələbəyə doğru bir addımdır, hücuma keçin”, - Ukrayna lideri söyləyib.