Dünya Ukraynada insan iztirablarına son qoyulmasını istəyir.
Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə barədə danışarkən deyib.
“Baş katib kimi mənim borcum bu qətnamənin arxasında durmaq və onun çağırışını rəhbər tutmaqdır”, - Quterreş qeyd edib.