Moskva Montrö Konvensiyası üzrə Ankara ilə daimi təmasdadır və əmindir ki, bütün maraqlara hörmətlə yanaşılacaq.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.
“Bu məsələ ilə bağlı türkiyəli həmkarlarımızla daim əlaqə saxlayırıq. Düşünürəm ki, bu gün üçün deyilə biləcək hər şey budur, amma əminəm ki, biz birlikdə bütün maraqlarımıza, bütün istəklərimizə hörmət ediləcəyi və reallaşacağı bir vəziyyətə gələ bilərik”, - Yerxov söyləyib.
Qeyd edək ki, Türkiyə bütün sahilyanı və sahilyanı olmayan ölkələrin hərbi gəmilərinin boğazlardan keçməsini qadağan edib.