Rusiya Qərbin görünməmiş iqtisadi təcavüzü ilə üz-üzədir, diqqəti kiçik və orta biznesə yönəltməklə əsas sənayeləri qorumaq vacibdir.
Axar.az xəbər verir ki, bunu bu barədə Vahid Rusiya Partiyasının rəsmisi Andrey Turçak deyib.
“Biz Qərbin ölkəmizə qarşı misli görünməmiş iqtisadi təcavüzü ilə üzləşmişik. İndi əsas sənaye sahələrini, müəssisələrimizi qorumaq üçün iqtisadiyyatımızın bütün potensialını dərhal işə salmaq vacibdir. İlk növbədə diqqəti kiçik və orta sahibkarlığa yönəltmək lazımdır. Uğurumuzun əsas şərti heç bir bürokratik ləngimə olmadan qəbul edilən qərarların səmərəliliyini və dəqiqliyini maksimuma çatdırmaqdır”, - Turçak bildirib.