Ukrayna Qırğızıstan və Gürcüstandan səfirlərini geri çağırır.
Axar.az xəbər evrir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Hazırda diplomatlarımız sözünü və beynəlxalq hüquqa münasibəti dəyişən dövlətlərlə bağlı ədalətli və mütləq zəruri qərarlar qəbul edirlər. Ukraynaya qarşı təcavüzə haqq qazandırması səbəbindən məsləhətləşmələr üçün dərhal Qırğızıstandan çəkilirik. Bizə kömək etmək istəyən könüllülərə maneçilik törətdiyinə, sanksiyalarla bağlı xoşagəlməz mövqeyinə görə Gürcüstandan səfiri dərhal geri çağırırıq”, - Zelenski bildirib.
Putin sülhü pozdu. Belarus işğala kömək edir.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz Ukraynanın yanındayıq. NATO müdafiə ittifaqıdır və torpaqlarımızı sona qədər müdafiə edəcəyik. Bizim Rusiya ilə müharibə niyyətimiz yoxdur", - Stoltenberq bildirib.
Amerikaya aid nüvə silahlarının evə qayıtmaq vaxtı gəlib.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“ABŞ-ın nüvə silahının Avropadakı varlığı Moskva üçün qətiyyən qəbuledilməzdir. Strateji sabitlik üzrə ABŞ-la əməkdaşlığa hazırıq”, - Lavrov bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Lukaşenkonun bu gün üçün böyük planı var. Təhlükəsizlik Şurasının geniş iclasını keçirəcək. Vəziyyəti müzakirə etmək üçün 50-yə yaxın adam dəvət olunub. Dəvət olunanlar Təhlükəsizlik Şurasının üzvlərindən başqa, hökumət rəhbərliyi və ekspertlərdir”, - qeyd olunur.
Bildirilir ki, sonra daha dar tərkibdə iqtisadiyyatla bağlı iclas da olacaq.
Avropa Birliyi Rusiya ilə total iqtisadi və maliyyə müharibəsi aparacaq.
Axar.az xəbər verir ki, bu sözləri Fransa maliyyə naziri deyib.
Belarusun hava hücumundan müdafiə sistemləri Rusiya Silahlı Qüvvələrinin kürəyinə vurula biləcək zərbənin qarşısını almaq üçün hazır vəziyyətinə gətirilib.
Axar.az Ukranyanın “BelTA” informasiya agentliyinə istinadən xəbər verir ki, bu haqda Aleksandr Lukaşenko danışıb.
Lukaşenko daha beş alayın qərb sərhədini əhatə etməyə hazır olduğunu qeyd edib.
O, başqa çıxış yolunun olmadığını, Qərbdəki tərəfdaşlardan siyasi, iqtisadi və hərbi sahədə hər an təxribatlar gözlədiyini vurğulayıb.
Rusiya hələ də Ukrayna üzərində hava üstünlüyünə nail olmayıb.
Axar.az xəbər verir ki, bunu adı açıqlanmayan Pentaqon rəsmisi deyib.
Rusiyanın müharibə başlayandan gücünün 75 faizindən istifadə etdiyini bildirən rəsmi indiyədək Ukraynaya 400-ə yaxın uzaqmənzilli və qanadlı raket atıldığını vurğulayıb.
Ukraynanın müəyyən bölgələrində hava üstünlüyünün Ukrayna ilə Rusiya arasında əl dəyişdirdiyini söyləyən Pentaqon rəsmisi deyib:
“Ukraynanın hələ də mühüm bir hava hücumundan müdafiə qabiliyyəti var və onu idarə edə bilir. Rusiya hələ də Ukrayna hava məkanında üstünlüyə nail olmayıb”.
Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov döyüş aviasiyasının Ukraynanın bütün hava məkanında üstünlüyü ələ keçirdiyini bəyan etmişdi.
Rusiya Ukraynada deeskalasiya yönündə addımlar atacağı təqdirdə ABŞ Moskvaya qarşı sanksiyaları yumşalda bilər.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
“Buradan proqnoz, yaxud qiymətləndirmə etməyəcəyəm. Əgər o, (Putin –red.) deeslakasiya addımları atsa, əminəm ki, biz belə bir danışıq (sanksiyaların yumşaldılması – red.) apara bilərik”, - deyə Psaki bildirib.
Nümayəndə heyəti Kiyevə qayıtdıqdan sonra danışıqları təhlil edəcəyik və buna əsasən ikinci raunda keçəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Nümayəndə heyəti Kiyevə qayıdanda eşitdiklərimizi təhlil edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə qərar verəcəyik”, - deyə Zelenski videomüraciətində bildirib.
Qeyd edək ki, ötən gün Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Müzakirələrdə hər hansı nəticə əldə edilməyib.