Ukrayna Rusiyanın blitskriqini sındırdı.
Axar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşuk deyib.
“Putinin planlarını sındırdıq, ona blitskriqi reallaşdırmağa imkan vermədik. Prezidentimiz beynəlxalq tərəfdaşların sözünə, Putinin təhdidinə qulaq asmadı, paytaxtda qaldı. Biz, Ukrayna xalqı ordunu və prezidenti dəstəkləmək üçün paytaxtda qaldıq. Bir az gözləməyimiz lazımdır. Putinin kapitulyasiyası komplekli olacaq. Bu sanksiyalar və Qərbdən gələn dəstəklə olacaq. Əlbəttə ki, ən böyük zərbəni prezidentlə birlikdə xalqımız və ordumuz vurdu”, - Vereşuk bildirib.
Onun sözlərinə görə, Putin hesab edirdi ki, hakimiyyət paytaxtı tərk edəcək:
“Onlar istəyirdilər ki, insanların məyus olmaları üçün mərkəzi hakimiyyət Kiyevi tərk etsin. Amma tamamilə əksi baş verdi. Hər yerdə müqavimət artır. Putin gücsüzdür, o, həqiqətən də uduzur”.
“Anonim” hakerləri qrupu onlayn mübarizəni davam etdirirlər. İndi - təkcə Rusiyaya qarşı deyil, həm də Belarusa qarşı.
Axar.az xəbər verir ki, bu barədə hakerlər Tvitterdə məlumat yayıblar.
“Anonim” Belarusda bank saytlarını məhv edir”, - məlumatda qeyd olunub.
Onlar üç bankın - “Priorbank”, “Belarusbank” və “Belinvest Bank”ın internet saytlarının bağlandığını açıqlayıblar. Bu bank qurumlarının internet saytlarına hələ də daxil olmaq mümkün deyil.
Qeyd edək ki, “Anonim” hakerlər qrupunun əsas beynəlxalq şəbəkəsi Rusiya hakimiyyətinə müharibə elan edib.
Vladimir Zelenski yenidən Ukraynanın təcili olaraq AB-yə daxil olması ilə bağlı müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında deyib.
“Biz Ukraynanın yeni, xüsusi prosedurla dərhal üzv olması ilə bağlı Avropa Birliyinə müraciət edirik. Tərəfdaşlara bizim yanımızda olduqlarına görə minnətdarıq, lakin bizim məqsədimiz bütün avropalılarla bir yerdə olmaq və ən əsası bərabər şəraitdə orada olmaqdır”, - Zelenski videomüraciətində bildirib.
Rusiya millisi Beynəlxalq Futbol Federasiyasının (FIFA) himayəsi altında keçirilən yarışlarda Rusiya Futbol İttifaqının komandası kimi çıxış edəcək və ölkənin bayrağı və himnindən istifadə edə bilməz.
Luqansk vilayətinin Şastya şəhəri ruslar tərəfindən 80% dağıdılıb, insanları evakuasiya etmək mümkün deyil, çünki avtobuslar “Qrad”larla atəşə tutulur.
Axar.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Biz insanları çıxara bilmərik, maşınlar “Qrad”larla vurulur. Mən BMT koordinatoru ilə danışdım və razılaşdıq ki, əgər onların imkanı varsa, o zaman təxliyə həyata keçiriləcək. Ruslar insanları çıxarmaq üçün bizimlə əlaqə saxlamırlar”, - Qayday bildirib.
Belarus Rusiyanın xüsusi hərbi əməliyyatı üçün öz ərazisindən istifadəyə icazə verib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa deyib.
"Belarusun Ukraynaya qarşı silahlı təcavüzə cəlb edilməsini qınayırıq. Ən başdan bəri bu ölkə Rusiya xüsusi hərbi əməliyyatı üçün öz ərazisini təqdim etdi. Ötən gün "İsgəndər" raketləri Belarusdan Jitomir aeroportuna atıldı", - deyə diplomat bildirib.
22:44
Ukrayna nümayəndə heyəti Belarusa Polşadan keçməklə gəlir və bu səbəbdən görüş bazar ertəsi səhər baş tuta bilər.
Axar.az xəbər verir ki, bu sözləri belaruslu politoloq, görüşün təşkilatçıları ilə əlaqəsi olan Yuri Voskresenski deyib.
Qeyd edək ki, Ukraynanın Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski canlı efirdə Ukrayna nümayəndə heyətinin 20:30 radələrində (Bakı vaxtı ilə 22:30) görüş yerinə yaxınlaşdığını və görüşün artıq başlamaq üzrə olduğunu bildirmişdi.