Ukrayna Rusiyanın blitskriqini sındırdı.
Axar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşuk deyib.
“Putinin planlarını sındırdıq, ona blitskriqi reallaşdırmağa imkan vermədik. Prezidentimiz beynəlxalq tərəfdaşların sözünə, Putinin təhdidinə qulaq asmadı, paytaxtda qaldı. Biz, Ukrayna xalqı ordunu və prezidenti dəstəkləmək üçün paytaxtda qaldıq. Bir az gözləməyimiz lazımdır. Putinin kapitulyasiyası komplekli olacaq. Bu sanksiyalar və Qərbdən gələn dəstəklə olacaq. Əlbəttə ki, ən böyük zərbəni prezidentlə birlikdə xalqımız və ordumuz vurdu”, - Vereşuk bildirib.
Onun sözlərinə görə, Putin hesab edirdi ki, hakimiyyət paytaxtı tərk edəcək:
“Onlar istəyirdilər ki, insanların məyus olmaları üçün mərkəzi hakimiyyət Kiyevi tərk etsin. Amma tamamilə əksi baş verdi. Hər yerdə müqavimət artır. Putin gücsüzdür, o, həqiqətən də uduzur”.