26 fevral tarixinə qədər Rusiya ordusunun işğal əməliyyatı nəticəsində 198 ukraynalı ölüb; onlardan 3-ü uşaqdır. 1115 nəfər yaralanıb – onlardan 33-ü yetkinlik yaşına çatmayanlardır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna səhiyyə naziri Viktor Lyaşko deyib.

O, rus hərbçilərin təcili tibbi yardım maşınına da atəş açdığını bildirib.

Türkiyə ordusu PKK/YPG terrorçularına zərbələr endirməkdə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman türk komandoları “Sülh çeşməsi” və “Fərat qalxanı” əməliyyat bölgələrində təxribata cəhd göstərən 3 PKK/YPG terrorçularını zərərsizləşdirib”, - məlumatda bildirilib.

Rusiya ordusu Stanitsa Luqansk, Krımsk və Markovkanı ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin dövlət administrasiyasının sədri Sergey Qayday məlumat yayıb.

Qayday əlavə edib ki, bütün məntəqələrdə rəsmilər iş başındadır.

Təəssüf ki, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik missiyası nəticəsiz qaldı. Buna baxmayaraq, Türkiyə hələ də bu istiqamətdə səylərini davam etdirməkdədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Ukrayna-Rusiya ətrafında baş verən gərginliyə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən, NATO çərçivəsində bu məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir:

"Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik müstəvidə danışıqların başlaması yönündədir".

Ukrayna AB üzvü olmağa layiqdir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski AB liderləri ilə danışıqlarında bildirib.

Qeyd edək ki, AB Ukraynanın quruma üzvlüyü məsələsinə qısa müddətdə baxacağını vəd edib.

Futbol üzrə Polşa millisi Rusiya yığması ilə DÇ-2022-nin Avropa seçmə mərhələsinin pley-off matçını oynamayacaq.

Axar.az xəbər verir ki, bunu Polşa Futbol Federasiyasının prezidenti Çezari Kuleşa deyib.

“Daha artıq sözə ehtiyac yoxdur. İndi hərəkət etmək vaxtıdır. Rusiyanın Ukraynaya hücumuna görə, Polşa millisi bu ölkə ilə pley-off oyunu keçirməyi düşünmür. Düzgün qərar da budur. FİFA-ya birgə mövqemizi təklif etmək üçün İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq”, - federasiya prezidenti bildirib.

Qeyd edək ki, turnirdə Polşa-Rusiya oyununun qalibi İsveç-Çexiya matçının qalibi ilə qarşılaşacaqdı.

Bu təkcə Ukraynaya elan edilən müharibə deyil. Bu Üçüncü Dünya müharibəsidir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib.

“Rusiya Qazaxıstanı da bu müharibəyə cəlb etmək istəyir. Müharibənin başqa ölkələrə yayılmaması sizdən və bütün dünyadan asılıdır”, - səfir bildirib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ruslara müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə o, Feysbukda yazıb.

"Rusiya sakinlərinə müraciət etmək istəyirəm. Xüsusilə rus əsgər və zabitlərinin həyat yoldaşlarına, analarına, rəfiqələrinə... Bir neçə gün ərzində Ukraynaya müdaxilədən sonra iki çeçen müharibəsindəki qədər rus hərbçisi məhv ediləcək. Minlərlə insan. Minlərlə.... Rusiyanın rəhbəri qatil oldu. Təkcə ukraynalıların yox, rusların da qatili. Biz bilirik ki, indi Rusiyanın hər yerində çox gənci təcili orduya aparırlar. Minimum döyüş bacarıqları olan çağırışçıları göndərməyə hazırlaşırlar. Həmin müqaviləli əsgərlərə əslində hara getdikləri və onları nə gözlədiyi deyilmir. Əgər sizin üçün əzizdirlərsə, onları gizlədin”, - Reznikov yazıb.

Nazir onları ölümə göndərməməyə çağırıb:

"Ukraynanın hər bir şəhərində hər pəncərədən öldürüləcəklər. Küçələrə çıxın. Müharibənin dayandırılmasını tələb edin. Rusiya ordusunun Ukraynadan çıxarılmasını tələb edin. Qorxmayın! Həqiqət sizin tərəfinizdədir. Sonradan peşman olmamaq üçün hər şeyi indi edə bilərsiniz. Kremlin hərbi cinayətləri ilə bağlı bütün məlumatlar üzə çıxanda yaxınlarınız sizə çox minnətdar olacaqlar”, - o əlavə edib.

Ukraynada təhlükəsizliklə bağlı vəziyyət olduqca qeyri-sabit olaraq qalır. Bu durum hər an daha da pisləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı Səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib.

“ABŞ vətəndaşları sayıq davranmalı və ən yaxın sığınacağa yerləşməlidirlər”, - məlumatda bildirilib.