Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Qərbin sanksiya təhdidi daha da artıb.
Artıq son çarə kimi görülən Rusiyanın SWIFT qlobal banklararası ödəniş sistemindən çıxarılması variantı müzakirə olunur.
Axar.az xəbər verir ki, NATO-nun ötən gün keçirilən sammitində Böyük Britaniya Baş naziri Boris Conson NATO ölkələrinin Rusiyanın SWIFT-dən təcridi ilə bağlı təcili qərar verməyi təklif edib.
Artıq indiyə qədər İtaliya, Kanada, Almaniya, Çexiya, Fransa Britaniyanın təklifinə qoşulub və çağırışı təkrarlayıb.
Əgər Rusiya bu banklararası sistemdən çıxarılarsa, maliyyə institutları Rusiyaya pul göndərmək və geri pul almaq imkanlarını tam itirəcək. Bu, Rusiya şirkətləri ilə yanaşı, bu ölkədən dollarla neft və qaz alan xarici müştərilər üçün də ağır zərbə olacaq.