Futbol üzrə Polşa millisi Rusiya yığması ilə DÇ-2022-nin Avropa seçmə mərhələsinin pley-off matçını oynamayacaq.
Axar.az xəbər verir ki, bunu Polşa Futbol Federasiyasının prezidenti Çezari Kuleşa deyib.
“Daha artıq sözə ehtiyac yoxdur. İndi hərəkət etmək vaxtıdır. Rusiyanın Ukraynaya hücumuna görə, Polşa millisi bu ölkə ilə pley-off oyunu keçirməyi düşünmür. Düzgün qərar da budur. FİFA-ya birgə mövqemizi təklif etmək üçün İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq”, - federasiya prezidenti bildirib.
Qeyd edək ki, turnirdə Polşa-Rusiya oyununun qalibi İsveç-Çexiya matçının qalibi ilə qarşılaşacaqdı.