Putin Ukrayna ordusuna hakimiyyəti devirmək çağırışı edib: bu, Ukrayna ordusu daxilində parçalanma yaratmaq məqsədilə psixoloji təzyiq taktikasıdır və o deməkdir ki:

- Müharibənin gedişi Moskvanın gözlədiyi kimi olmadı: ruslar hücumun ilk günündə Kiyevi tutaraq, hakimiyyəti devirmək istəyirdi, güclü müqavimətlə qarşılaşdılar və indi “içəridən parçalamağa” çalışırlar;

- Rusiya ukraynalıların güclü müqavimətini qırmaq, həm də “içəridən parçalama” taktikasının işləməsi üçün xüsusilə Kiyevə hücumun təzyiqini artıracaq: Kliçko bu gecə, xüsusilə səhərə yaxın Kiyev üçün çətin olacağını açıqlayıb.

Putinin çağırışı həm də onu göstərir ki, Rusiyanın Ukrayna ordusu daxilində hərəkətə gətirə biləcəyi qruplaşması yoxdur. Və belə bir çağırış əslində xalqın Zelenskinin ətrafında daha sıx birləşməsinə, Moskvanın taktikasının əks-effekt verməsinə də şərait yarada bilər.

NATO da Ukraynaya müxtəlif növ silahlar, o cümlədən, Hava Hücumundan Müdafiə sistemləri (gec də olsa) verməyi nəzərdən keçirir. Silahların göndərilməsi gecikməsə, hücumun gedişi rusların əleyhinə dəyişə bilər.

Ukrayna bir neçə gün müqaviməti saxlasa, xüsusilə Kiyevi qoruya bilsə, Moskva üçün vəziyyət çətinləşəcək. Bu müddət isə həlledici olacaq, çünki Rusiya hücumu daha da sərtləşdirəcək.

Hamı başa düşməlidir ki, Putin Ukraynaya deyil, bütün dünyaya müharibə elan edib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-prezidenti Pyotr Poroşenko çıxış edib.

Paytaxt Kiyev küçələrində silahlı və müdafiə qüvvələrinin ətrafında dayanan Poroşenko CNN-ə bildirib ki, ukraynalılar öz ölkələrini müdafiə etməyə hazırdır:

“Rusiya Prezidenti Vladimir Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək”.

Poroşenko ABŞ və Böyük Britaniyaya silah dəstəyi verdiyi üçün təşəkkür edib: "Bu, tək olmadığımızı, birgə olduğumuzu hiss etməyimiz baxımından vacibdir”.

“Nə qədər əsgər öldürürsə-öldürsün, nə qədər raketi, nüvə silahı olursa-olsun, biz ukraynalılar gələcəyi Avropada olan azad insanlarıq”, - Poroşenko qeyd edib.

Dünya dövlətlərinin Rusiyaya qarşı sanksiyaları davam etməkdədir.

Milli.Az "yeni sabah"a istinadən xəbər verir ki, Kanada bununla bağlı maraqlı qadağa tətbiq edib.

Ölkənin baş naziri Castin Trüdo bildirib ki, onun ölkəsi də bu sanksiyalara qoşulur. Belə ki, bu gündən Kanadada rus arağı və Rusiyada istehsal olunmuş bütün başqa alkoqollu içkilərin satışı qadağan olunur.

Bildirək ki, ABŞ Maliyyə Nazirliyi fevralın 25-də Rusiyaya qarşı yeni sanksiya siyahısını dərc edib. Bu siyahıya Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, habelə Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimovun adları salınıb.

Britaniyanın baş naziri Boris Conson NATO liderlərinin fevralın 25-də keçirilən virtual sammitində deyib ki, London da Putin, Lavrov və Rusiya rəhbərliyində olan başqa şəxslərə sanksiya qoyur.

Biz Ukrayna və ukraynalılara qarşı müharibə aparmırıq. Biz millətçilərə qarşı və Donbas sakinlərinin müdafiəsi naminə demilitarizasiya üçün hərbi əməliyyat keçiririk.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun iclasında deyib.

O bildirib ki, bu tapşırıq qısa müddətdə yerinə yetiriləcək və Ukrayna xalqı yenidən müstəqil şəkildə öz taleyini həll edə biləcək.

Hər şeyi tam açıq demək lazımdır. Bu gecə gündüzdən çox ağır olacaq. Şəhərlərimiz zərbə altındadır...

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Zelenski xalqa gecə video-müraciətində deyib.

“Xüsusi diqqət Kiyevədir. Paytaxtı itirmək olmaz. Bu gecə onlar (Rusiya ordusu) hücum edəcək”, - Zelenski bildirib.

Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Xocalı soyqırımı ilə əlaqədar paylaşım edib.

Axar.az əbər verir ki, siyasətçinin Tvitter səhifəsində qeyd olunub:

“Bəşəriyyətin qara günü: 26 fevral 1992-ci il. Xocalı qətliamında itirdiyimiz həyatlarımızı rəhmətlə anıram”.

Qroznıda 12 mindən çox döyüşçü Ukraynada əməliyyatlara könüllü qatılmağa və istənilən çətin tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında yazıb.

O deyib ki, 12 mindən çox döyüşçü Ali Baş Komandan Vladimir Putindən ən çətin tapşırıqların icrası üçün əmr gözləyir.

Qeyd edək ki, bu gün bir qrup çeçen könüllünün Ukrayna əməliyyatına qatılmaq üçün yola düşdüyünü əks etdirən görüntülər yayılmışdı.