Avropa İttifaqı fevralın 28-dən etibarən Rusiya ilə sadələşdirilmiş viza rejimini dondurmağa qərar verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunub.
Qərarda göstərilir ki, sadələşdirilmiş viza rejimi diplomatlara, nümayəndə heyətlərinə və məmurlara tətbiq edilirdi. 1 martdan etibarən onlar adi qaydada viza almalı olacaqlar.