Hamı başa düşməlidir ki, Putin Ukraynaya deyil, bütün dünyaya müharibə elan edib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın eks-prezidenti Pyotr Poroşenko çıxış edib.
Paytaxt Kiyev küçələrində silahlı və müdafiə qüvvələrinin ətrafında dayanan Poroşenko CNN-ə bildirib ki, ukraynalılar öz ölkələrini müdafiə etməyə hazırdır:
“Rusiya Prezidenti Vladimir Putin heç vaxt ölkəmizi ələ keçirə bilməyəcək”.
Poroşenko ABŞ və Böyük Britaniyaya silah dəstəyi verdiyi üçün təşəkkür edib: "Bu, tək olmadığımızı, birgə olduğumuzu hiss etməyimiz baxımından vacibdir”.
“Nə qədər əsgər öldürürsə-öldürsün, nə qədər raketi, nüvə silahı olursa-olsun, biz ukraynalılar gələcəyi Avropada olan azad insanlarıq”, - Poroşenko qeyd edib.