Qroznıda 12 mindən çox döyüşçü Ukraynada əməliyyatlara könüllü qatılmağa və istənilən çətin tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında yazıb.
O deyib ki, 12 mindən çox döyüşçü Ali Baş Komandan Vladimir Putindən ən çətin tapşırıqların icrası üçün əmr gözləyir.
Qeyd edək ki, bu gün bir qrup çeçen könüllünün Ukrayna əməliyyatına qatılmaq üçün yola düşdüyünü əks etdirən görüntülər yayılmışdı.