Biz Ukrayna və ukraynalılara qarşı müharibə aparmırıq. Biz millətçilərə qarşı və Donbas sakinlərinin müdafiəsi naminə demilitarizasiya üçün hərbi əməliyyat keçiririk.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun iclasında deyib.
O bildirib ki, bu tapşırıq qısa müddətdə yerinə yetiriləcək və Ukrayna xalqı yenidən müstəqil şəkildə öz taleyini həll edə biləcək.