“Anonim” hakerləri qrupu onlayn mübarizəni davam etdirirlər. İndi - təkcə Rusiyaya qarşı deyil, həm də Belarusa qarşı.
Axar.az xəbər verir ki, bu barədə hakerlər Tvitterdə məlumat yayıblar.
“Anonim” Belarusda bank saytlarını məhv edir”, - məlumatda qeyd olunub.
Onlar üç bankın - “Priorbank”, “Belarusbank” və “Belinvest Bank”ın internet saytlarının bağlandığını açıqlayıblar. Bu bank qurumlarının internet saytlarına hələ də daxil olmaq mümkün deyil.
Qeyd edək ki, “Anonim” hakerlər qrupunun əsas beynəlxalq şəbəkəsi Rusiya hakimiyyətinə müharibə elan edib.