Rusiya millisi Beynəlxalq Futbol Federasiyasının (FIFA) himayəsi altında keçirilən yarışlarda Rusiya Futbol İttifaqının komandası kimi çıxış edəcək və ölkənin bayrağı və himnindən istifadə edə bilməz.
Trend-in məlumatına görə, bu barədə FIFA-nın açıqlamasında bildirilib.
2022-ci il dünya çempionatının seçmə mərhələsinin yarımfinal matçında Rusiya millisi martın 24-də Moskvada Polşa yığmasına qarşı oynamalıdır. Qalib martın 29-da İsveç - Çexiya cütlükdə qalib gələn komandası ilə görüşməlidir.