Macarıstanın təhlükəsizliyinə zəmanət verilməlidir. İndiki vəziyyətdə ən başlıca məsələ budur. Biz aydın şəkildə bildirmişik ki, Macarıstan bu müharibədə iştirak etməyəcək və onun müharibəyə cəlb olunmasına imkan verməyəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto çıxış edib.
“Biz Macarıstana gələn qaçqınlar üçün lazımi şəraiti təmin edəcəyik”, - Siyarto bildirib.
Siyarto qeyd edib ki, mühüm məsələ sanksiyalar paketinin Macarıstanın enerji təchizatına təhdid yaratmaması və əlavə xərclərin azaldılması üzrə qazanılmış uğurların qorunub saxlanılmasıdır.