Kolumbiyada qızıl mədənində baş verən partlayış nəticəsində 13 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.
Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Kolumbiya Milli Dağ-Mədən Agentliyi bildirib.
Məlumata görə, hadisə zamanı mədəndə 15 nəfər olub, onlardan 13-nün meyiti çıxarılıb, hazırda isə iki nəfərin axtarışları davam edir.
Partlayışın səbəbi açıqlanmayıb.