Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanallarında Ukraynadakı çeçen hərbi qrupunun məhv edildiyi barədə yayılan məlumatı təkzib edib.
Axar.az xəbər verir ki, Kadırov onlarla telefon danışığının videosunu yayıb.
“Bandera təbliğatı feyk rejimində çalışır. Biz öyrəşməmişik. Bu dəfə dezinformasiya buraxdılar ki, Ukraynanın dərinliklərində çeçen hərbi qrupu məhv edilib, onların içində Çeçenistanın birinci prezidentinin adına 141-ci xüsusi mexanikləşdirilmiş alayın komandiri Maqomed Tuşayev, həmçinin “Əhməd-Qroznı” OMON-unun rəhbəri Anzor Bisayev də var. Mən onlarla əlaqə qurdum. Hamı sağdır”, - Kadırov bildirib.
Qeyd edək ki, Maqomed Tuşayevin ölümü haqda məlumatı Ukrayna DİN rəhbərinin müşaviri Viktor Andrusiv paylaşıb.