Vladimir Zelenski İsveçrə Prezidenti İqnasio Kassisə Ukraynadakı vəziyyəti həll etmək üçün Cenevrədə sülh konfransı təşkil etmək xahişi ilə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.
Məlumata görə, Zelenski bununla bağlı Kassislə şənbə günü telefon danışı zamanı bildirib.
“Danışıqların təşkili üçün diplomatik səylər tam gücü ilə aparılır. Danışıqların əsas məqsədi atəşkəsin əldə olunmasıdır”, - məlumatda qeyd olunub.