“Anonymous” haker qrupu Rusiya Müdafiə Nazirliyinin rəsmi saytını dağıdaraq, nazirliyin əməkdaşlarının telefon nömrələrini, email-adreslərini və adlarından ibarət məlumat bazasını ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə hakerlər Tvitter səhifələrində yazıb.
Qrup bildirib ki, bütün dünyadan olan hakerlər öz güclərini Rusiyaya qarşı birləşdiriblər.
Hakerlərin hədəfində Rusiyanın digər dövlət qurumlarının saytları da var.