Rusiya Baş naziri Mixail Mişustin Nur-Sultanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Görüşdə Avrasiya Hökumətlərarası Şurasının nümayəndə heyətlərinin rəhbərləri də iştirak edib.
Daha sonra Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hökumət başçıları Avrasiya İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təxirəsalınmaz vəzifələri ilə bağlı müzakirələr aparıblar.