Qərb ölkələri Ukraynaya yalnız məsləhətlə kömək edir.
Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“NATO daha qətiyyətli hərəkət etməli idi. Biz mövqeyimizi NATO-nun baş katibinə çatdırmışıq. Bu, sıradan dünyəvi məzəmmətə çevrilməməlidir. Bugünkü görüşdə də biz öz mövqeyimizi açıqlayacağıq”, - Ərdoğan bildirib.