Ukrayna Prezidenti Vladimir Zelenski Yuri Lebedi Milli Qvardiyanın komandanı təyin edib.
Axar.az xəbər verir ki, bununla bağlı Prezident fərman imzalayıb.
Qeyd edək ki, 27 yanvarda Milli Qvardiyanın əsgərinin öz yoldaşlarına atəş açması və 5 nəfəri qətlə yetirməsindən sonra Milli Qvardiyanın komandanı Nikolay Balan istefa vermişdi.