Latviyadan sonra Estoniya da bir neçə rus və bir Belarus telekanalının ölkədə yayımını qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.
Məlumata görə, Estoniyadakı bütün televiziya provayderləri cümə günündən etibarən aşağıdakı telekanalların yayımını dayandırmalıdırlar:
“RTR Planeta”, “NTV Mir”, “NTV Mir Baltiya”, “Belarus 24”, “Russia 24” və “TV Center International”.
Səbəb isə kanalların qadağan olunmuş məlumatları yayması göstərilib.