Ukrayna ordusuna məxsus hərbi texnikanın paytaxt Kiyev küçələrində hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Videogörüntüyə əsasən demək olar ki, şəhərdə hələlik nisbi sakitlik hökm sürür.
Həmin videogörüntünü təqdim edirik:
Yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Çin Rusiyanın Ukraynaya qarşı addımlarını "işğal" adlandırmağı rədd edir və tərəfləri təmkinli olmağa çağırır.
Axar.az bildirir ki, bu sözləri Çinin Xarici İşlər Nazirinin sözçüsü Xua Çunyunq deyib.
Çin Ukraynadakı vətəndaşlarına evdə qalmağı və hər hansı bir yerə maşınla getməməyi tövsiyə edib. Getmək həyati dərəcədə əhəmiyyətli olduğu təqdirdə isə ən son variant kimi maşını Çin bayrağı ilə idarə etməyə çağırıb:
“İşğalın tərifinə gəlincə, hesab edirəm ki, biz Ukraynadakı mövcud vəziyyətə hansı perspektivdən baxmaq lazım olduğuna qayıtmalıyıq. Ukrayna məsələsinin bu günə qədər davam edən çox mürəkkəb bir tarixi fonu var. Bu, hər kəsin görmək istədiyi şey olmaya bilər”.
Putinin Çinə Ukraynanı işğal etməsini planlaşdırdığını söyləyib-söyləmədiyi ilə bağlı suala Xua cavab olaraq deyib ki, Rusiya müstəqil bir güc olaraq Çinin razılığını almağa ehtiyac duymur:
“Rusiya müstəqil olaraq öz diplomatiyasını və strategiyasını öz strateji mühakimə və maraqlarına uyğun həyata keçirir”.
Rusiya II Dünya Müharibəsi illərində nasist Almaniyasının etdiyi kimi səhər saatlarında dövlətimizə xaincəsinə hücum etdi.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski öz Tvitter hesabında paylaşıb.
“Bu gün ölkələrimiz dünya tarixinin müxtəlif tərəflərindədir. Rusiya şər yoluna qədəm qoyub, lakin Ukrayna özünü müdafiə edir və Moskvanın nə düşünməsindən asılı olmayaraq, azadlığından əl çəkməyəcək”, – tvitdə qeyd edilib.
Autizm spektr pozuntuları üçün ümumi xarakter daşıyan əlamətlər: məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri stabilliyi və s.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib.
Onun sözlərinə görə, valideyinlər uşaq doğulduğu andan 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının olmaması, ailə üzvlərindən birinə güclü bağlılığına diqqət yetirilməlidi.
"3 yaşdan yuxarı isə digər insanların emosiyalarını çətin anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir", - deyə o bildirib.
Prezident Putin, qoşunlarınızın Ukraynaya hücumlarını dayandırın.
Axar.az xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Prezident Putin, bütün qəlbimlə sizdən xahiş edirəm, sülhə bir şans verin. Onsuz da bu vaxta kimi kifayət qədər insan ölüb”, - Quterreş deyib.
Rusiya Federasiyasının Ukraynadakı infrastruktura zərbələri qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.
O, Ukraynada 4 minə yaxın bolqar əsilli vətəndaşın olduğunu, Ukraynanın bağlı hava məkanı səbəbindən vətəndaşların quru yolu ilə təxliyyə ediləcəyini açıqlayıb.
Radev, həmçinin, qapılarının Ukraynadakı bolqarlara və sığınacaq istəyən Ukrayna vətəndaşlarına açıq olduğu mesajını verib.
Sülhün möhkəmləndirilməsi və neonasizmlə mübarizə üçün bu gün həyata keçirilən tədbirlər barədə Rusiya lideri Vladimir Putin indi çoxlarını maraqlandıran suallara dolğun cavablar verib. Tövsiyə edərdim ki, tələsik nəticələr çıxarmazdan əvvəl, xüsusən də bu gün həm Ukrayna, həm də Qərb mediası tərəfindən fəal şəkildə yayılan ziddiyyətli və bəzən açıq-aydın saxta məlumatlara əsaslanmadan, əvvəlcə onu dinləyib diqqətlə izləyəsiniz.
Bu sözləri Axar.az-ın müxbirinə müsahibəsində rusiyalı ekspert Vitali Arkov deyib.
“Xüsusən də Rusiyanın Ukrayna şəhərlərinin yaşayış məntəqələrini atəşə tutduğuna dair məlumatlar var. Hamımız yaxşı xatırlayırıq ki, 2014-cü ilə qədər Ukrayna Rusiya silahlarını alırdı, müəyyən sahələrdə birgə inkişaf və istehsal da həyata keçirilirdi. Beləliklə, qərəzli mediaya bəzi partlayan mərmiləri, raketləri “təkzibedilməz sübut” kimi təqdim etmək çətin deyil”, - həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə görə, Ukraynada heç kim konkret döyüş sursatının mənşəyini öyrənmək üçün ekspertiza keçirməyə hazırlaşmır:
“Bunu artıq Donbas səmasında Malayziya təyyarəsi ilə baş vermiş faciədə görmüşük. Mən həqiqətən ümid edirəm ki, Vladimir Vladimiroviçin sözlərinə, ilk növbədə, Ukrayna hərbçiləri qulaq asacaq və Donbasın rus əhalisinin soyqırımında iştirakdan imtina edəcəklər. Beləliklə, öz həyatlarını xilas etmiş olurlar”, - deyə Arkov bildirib.
Hazırda heç kimə və heç nəyə inanmamalıyıq, informasiyanın 65-80%-i feykdir. Heç kimdə dəqiq məlumat yoxdur. Aydındır ki, “Qələbə marşı”nın çalınmasına hələ çox var, çünki məsələ çirkli və uzundur. Yeri gəlmişkən, bu rejim üçün də ölümcüldür.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının eks-deputatı Aleksandr Nevzorov deyib.
“Ajiotaj üçün xüsusi bir səbəb yoxdur. Adi müharibədir. İlk xüsusiyyətlərdən isə aydındır ki, bu, uzunsürən, bütün müharibələr kimi xaotik və əlaqəsiz müharibə olacaq. Zəmanət verə bilərəm ki, Rusiya bu müharibədə batıb qalacaq, Ukrayna isə yazıq rolunu oynamağa davam edəcək”, - o qeyd edib.
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıçla Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.
Axar.az Report-a istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.
Danışıqların ikinci raundunda S.Kılıç və R.Rubinyan təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.
Qeyd olunub ki, proses ilkin şərtlərsiz həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib.