Çin Rusiyanın Ukraynaya qarşı addımlarını "işğal" adlandırmağı rədd edir və tərəfləri təmkinli olmağa çağırır.
Axar.az bildirir ki, bu sözləri Çinin Xarici İşlər Nazirinin sözçüsü Xua Çunyunq deyib.
Çin Ukraynadakı vətəndaşlarına evdə qalmağı və hər hansı bir yerə maşınla getməməyi tövsiyə edib. Getmək həyati dərəcədə əhəmiyyətli olduğu təqdirdə isə ən son variant kimi maşını Çin bayrağı ilə idarə etməyə çağırıb:
“İşğalın tərifinə gəlincə, hesab edirəm ki, biz Ukraynadakı mövcud vəziyyətə hansı perspektivdən baxmaq lazım olduğuna qayıtmalıyıq. Ukrayna məsələsinin bu günə qədər davam edən çox mürəkkəb bir tarixi fonu var. Bu, hər kəsin görmək istədiyi şey olmaya bilər”.
Putinin Çinə Ukraynanı işğal etməsini planlaşdırdığını söyləyib-söyləmədiyi ilə bağlı suala Xua cavab olaraq deyib ki, Rusiya müstəqil bir güc olaraq Çinin razılığını almağa ehtiyac duymur:
“Rusiya müstəqil olaraq öz diplomatiyasını və strategiyasını öz strateji mühakimə və maraqlarına uyğun həyata keçirir”.