ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında fevralın 24-nə planlaşdırılan təmasların davamı olaraq belə bir görüşün keçirilməsi nəzərdə tutulur.