Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın adı SuisseSecrets beynəlxalq jurnalist araşdırmasında yer alıb.

Milli.Az Hetq.am-a istinadən xəbər verir ki, beynəlxalq araşdırma jurnalistika təşkilatı - SuisseSecrets-ə sızdırılan məlumatda bildirilir ki, Ermənistan vətəndaşlarının və ya Ermənistanla əlaqəli şəxslərin sayı 500-ə, bank hesablarının sayı isə 400-ə yaxındır. Bu şəxslər arasında Armen Sarkisyan və onun ailə üzvləri də var. A.Sarkisyan və bacısı Karine Sarkisyanın İsveçrənin Credit Suisse bankında 10 milyondan çox İsveçrə frankı var və bu hesab 2006-cı ildən fəaliyyət göstərir. 2016-cı ilə qədər bank tərəfindən onlara xidmət göstərilib. İsveçrə bankında hesabın olması cinayət deyil, amma prezident həmin hesabdakı pulları bəyan etməyib.

2013-cü il sentyabrın 27-də Armen Sarkisyan Böyük Britaniyada səfir təyin edilib. O, vəzifəyə təyin olunduğu andan qanuna görə "bəyannamə təqdim etməyə borclu olan şəxs" olub. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olunan bəyannamələri təhlil etdikdə məlum olur ki, istər vəzifəyə başlama bəyannaməsində (2013), istərsə də 2014, 2015, 2016-cı illərin illik bəyannamələrində keçmiş prezident yuxarıda göstərilən vəsaitləri göstərməyib.

Hetq.am beynəlxalq tərəfdaşları ilə birlikdə Armen Sarkisyandan bu pulların mənşəyi və niyə bəyan etməməsi ilə bağlı açıqlama verməsini xahiş edib. Sualları əhəmiyyətsiz hesab edən Sarkisyan buna baxmayaraq deyib ki, həmin illərdə o, əvəzsiz olaraq səfir vəzifəsində çalışıb, hətta Ermənistanın Böyük Britaniyada səfirliyinin açılmasına öz pulunu xərcləyib və qaydaların məmurları məcburiyyət qarşısında qoyması ona aydın deyil. Nümunə kimi o, öz gəlirini bəyan etməyən Çarlz Aznavurun adını çəkib.

27 Noyabr 2024 Keçmiş futbolçu ölkə prezidenti olacaq - İvanişvili
27 Noyabr 2024 Trampı ölümlə hədələyən şəxs həbs olundu
27 Noyabr 2024 Rus ordusu Novaya İlinkanı da işğal etdi
27 Noyabr 2024 Kaliqula atını Senata təyin etdiyi kimi... - Saakaşvili
27 Noyabr 2024 Atəşkəsin detalları: ÇAXAL çıxır, Livan ordusu girir...
27 Noyabr 2024 Hizbullah atəşkəs imzaladı, HƏMAS da hazırdır!
27 Noyabr 2024 Paşinyan ad çəkdi, kütləvi istefa başladı
27 Noyabr 2024 Müharibə iştirakçıları qruplaşdırılmalıdır - Deputat
27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır