Rusiyanın keçmiş ədliyyə nazirinin müavini Vladimir Yaluninin vəfat edib.
Axar.az xəbər verir ki, onun meyiti buz bağlamış çaydan tapılıb.
Xilasedicilər keçmiş nazir müavininin cansız bədənini buzun üzərindən yıxıldığı yerdən 10 kilometr aralıda tapıb.
Yaluninin yaxınlarının sözlərinə görə, 70 yaşlı keçmiş nazir müavini fevralın 5-i axşam saatlarında Kozino yaxınlığındakı kilsəyə gedib, lakin evə qayıtmayıb.
Vladimir Yalunin 2004-2006-cı illərdə Rusiya ədliyyə nazirinin müavini olub.