Fevralın 21-dən martın 1-dək Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Moskvada Azərbaycan günləri tədbirləri çərçivəsində "Gelikon-opera" teatrında "Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində" qala-konserti keçirilib.
Tanınmış teleprodüser Timur Vaynşteyn bildirib ki, Moskvada Azərbaycan günlərinin keçirilməsi vacib və əlamətdar hadisədir.
"Bu cür tədbirlərin keçirilməsi vacibdir. Çünki xalqlarımız arasında uzun illər mövcud olmuş mədəni mübadilələr bundan sonra da davam edəcək. Bu cür tədbirlərdə iştirak etmək də vacibdir", - deyə o bildirib.
T.Vaynşteyn əlavə edib ki, "Gelikon-opera" teatrının repertuarında Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi olan Leonid Vaynşteynin "Zoluşka" operası da yer alır.