Rusiyanın “dxr” və “lxr”in “müstəqilliyini” tanımasından dərhal sonra rusiyalı deputat Leonid Kalaşnikov Luqansk və Donetsk vilayətlərinin Ukraynanın nəzarətində olan ərazilərinin də qondarma-separatçı qurumlara qatıla biləcəyini dedi.
Axar.az xəbər verir ki, Donetsk vilayətinin sahəsi 26.517 kv/km, əhali 4,2 milyon, Luqansk vilayətinin sahəsi 26.684 kv/km, əhalisi 2.17 milyon nəfərdir.
2014-cü ildə baş verən qarşıdurmalardan sonra separatçılar Luqansk və Donetsk vilayətlərinin bir hissəsini işğal ediblər. Hazırda onların əlində Donbasın yalnız kiçik bir hissəsi var (Xəritəyə bax). Minsk razılaşmasına qədər Donbasın ümumilikdə 53,2 min kv/km ərazisinin 16 min kv/km-i separatçıların işğalı altındadır.
Separatçıların tutduqları ərazinin Azov dənizinə çıxış yolu olsa da, orada onların qarşısını Ukrayna donanması kəsir.
Beləliklə, “müstəqillikləri”nin Rusiya tərəfindən tanınmasına baxmayaraq, qondarma qurumların yalnız Rusiya ilə quru əlaqəsi mövcuddur.