Biz Təhlükəsizlik Şurasında sülh axtarışında toplaşarkən Putin bu şuraya tamamilə hörmətsizlik edərək müharibə elan etdi.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının əksər üzvləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kəskin şəkildə pisləyərək bunu beynəlxalq hüquqa və BMT prinsiplərinə hörmətsizlik adlandırıb.