Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, danışığın mövzusu Rusiyanın qondarma Donetsk və Luqansk “respublika”larını tanımaq qərarı olub.
Conson Rusiyanın yaxın günlərdə və saatlarda Ukraynanı işğal edə biləcəyini deyib.
Rusiyanın qərarını kəskin şəkildə pisləyən Conson Minsk razılaşmasının məhv edildiyini bildirib.
Qeyd edək ki, Conson keçirdiyi mətbuat konfransı zamanı Zelenskinin zəng etdiyini bildirib və konfransı təcili tərk edib. Görüntülər sosial şəbəkələrdə gündəm olub.