Türkiyə ilə Avropa Birliyi (AB) arasında 2018-ci ildən bəri ilk parlamentlərarası görüş olacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, görüş 17-18 martda Avropa Parlamentinin ofisində keçiriləcək.
İclasda Türkiyəni deputat İsmayıl Əmrah Qarayel, AB-ni isə AP millət vəkili Sergey Laqodinski təmsil edəcək.
Görüşdə Türkiyə-AB münasibətləri və gələcəkdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.