İranda koronavirusa yoluxaraq ölün hallarının artması müşahidə edilir.
Axar.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, artıq 10 gündür ölüm halları 100-dən çox olur. Belə ki, son 24 saat ərzində ölkə ərazisində 16 min 967 nəfərin virusa yoluxması, 242 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 942 min 452 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 135 min 40-a çatıb.
Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 4 min 53 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 498 min 920 COVID-19 xəstəsi sağalaraq evə buraxılıb.