Bütün tərəflər razılaşarsa, Kiyev Donbas üzrə Təmas Qrupunun görüşlərini Türkiyədə keçirməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
"Məsələ ilə bağlı türk tərəfdaşlarımız Ukraynaya təkliflər edib. Əlbəttə bütün tərəflər arasında razılıq əldə olunsa, Donbas üzrə Təmas Qrupunun görüşlərini Türkiyədə keçirməyə hazırdır".