ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon əlaqəsi saxlayıb.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı Blinken Rusiyanın mümkün hücum ehtimalına qarşı ABŞ-ın Ukraynaya dəstəyini bir daha xatırladıb.
Dövlət katibi vurğulayıb ki, əgər Moskva hücuma keçərsə, qarşılığı ağır olacaq.