Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəyi gözlənilir.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.
“Dünənədək Qarabağda Ermənistanla qarşı-qarşıya idik. Bu gün isə əlaqələr normallaşır. Türkiyənin Qarabağdakı işğala göz yumması mümkün deyildi. Biz israrla deyirdik ki, problem həll olunsun. İndi dünya da, Ermənistan rəhbərliyi də görür ki, bu, ən çox Ermənistanın xeyrinədir”, - o bildirib.