10:48
Qərb mediasının Rusiya diplomatlarının Ukraynadan guya təxliyə edildiyi barədə şayiəsi öz diplomatlarının Kiyevdən evakuasiyasına başlanılması üçün əsas hazırlamaq məqsədi daşıyır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova rus diplomatların Ukraynadan təxliyə edilməsi ilə bağlı yayılan məlumatlara münasibətində bildirib.
O deyib ki, rus diplomatların Ukraynadan təxliyəsi barədə şayiələr Qərb mediası, o cümlədən “Nyu York Tayms” tərəfindən hələ bir ay öncə, Ukraynadakı rus diplomatların övladlarından bəzilərinin Yeni il tətili üçün Rusiyaya gəldiyi zaman yayılıb:
“İndi biz görürük ki, bu şayiənin yayılmasında məqsəd ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və s. ölkələrin öz diplomatlarını və onların ailələrini Ukraynadan çıxarmaqdır. Artıq ötən gün İsrail də öz diplomatlarını təxliyə edəcəyini açıqlayıb”.
Qeyd edək ki, Rusiya diplomatlarının ölkədən getdiyi barədə məlumat yerli sakinlərə istinadla yayılmışdı.