Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollaradək azalıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Niderlandın TTF habında təbii qazın mart fyuçersləri 901,7 dollar ətrafında alınıb-satılır.
Qeyd olunur ki, qiymətlər ötən günlə müqayisədə 7,7 faiz ucuzlaşıb.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də təbii qazın qiyməti tarixdə ilk dəfə min kubmetr üçün 2 min dollar həddini keçmişdi.