Beynəlxalq tərəfdaşları Ukraynaya min tondan çox müdafiə silahı və hərbi texnika verib.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
"Ukrayna diplomatiyası artıq üçüncü aydır ki, gücləndirilmiş antiböhran rejimində işləyir. Bundan əvvəl də biz belə rejimdə işləyirdik, indi isə antiböhran rejimində işi iki dəfə artırmışıq. Biz tərəfdaşlarla daim əlaqə saxlayırıq və Ukraynaya dəstək üçün beynəlxalq koalisiyanı birləşdirməyə davam edirik. Bu iş sayəsində bu gün Ukrayna gücləndirilmiş siyasi, iqtisadi və təhlükəsizlik dəstəyi alır. Bu həftələr və aylar ərzində dəstəyin ümumi həcmi 1,5 milyard dollar həddini keçib, Ukraynaya çatdırılan müdafiə silahları və hərbi texnikanın həcmi isə ümumi çəkisi 1000 tondan artıqdır”, - Kuleba bildirib.