15:15
Azərbaycanla sülh müqaviləsinin imzalanmassı Qarabağ konfliktinin həllinə bağlıdır.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısı Ararat Mirzoyan Avstriya XİN başçısı Aleksandr Şallenberqlə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ATƏT-in Minsk Qrupu Qarabağ probleminin nizamlanması üçün yaradılan formatdır:
“Həll hələ tapılmayıb və biz bu formatda danışıqları davam etdirməliyik. Həll yollarından biri ümumi sülh sazişinin parametrlərinin müəyyən edilməsi, işlənməsi və imzalanmasıdır”.
O, həmsədrlərin “xalqların öz müqəddaratını təyinetmə hüququ” barədə mövqeyini xatırladıb:
“Digər prinsip – güc tətbiq etməməkdir ki, 2020-ci ildə bu prinsip pozuldu. İndi dünya ictimaiyyəti qərar verməlidir, konfliktlərin həllində güc tətbiqindən istifadə edilməməsi qalmalıdır, ya yox? Əgər hansısa ölkə bu prinsipin pozulmasını özünə rəva görürsə, onda digər ölkələrə də yol açılır”.
Qeyd edək ki, Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini elan edib və öz ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Bakı İrəvana sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsi üzərində danışıqlarla bağlı təklif göndərib.
İrəvan isə bütün vasitələrlə işğaldan əl çəkmədiyini nümayiş etdirir.