Ağ Evin mətbuat katibi Cen Psakinin Rusiyanın guya kimyəvi silahdan istifadə etməsi, eləcə də digər dövlətləri işğal etməsi ilə bağlı bəyanatları yalan və əsassızdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Onun sözlərinə görə, ABŞ yeganə ölkədir ki, “Kimyəvi Silahlar Konvensiyası” üzrə öhdəliklərini hələ yerinə yetirməyib və kimyəvi silah arsenalını ləğv etməyib:
“Rusiya xarici ölkələrin işlərinə müdaxilə etməmək prinsipinə və beynəlxalq hüquq normalarına ciddi əməl edir. Müasir tarix daha çox dünyanın müxtəlif yerlərində Amerika hərbi əməliyyatlarının xronologiyasına bənzəyir. Vaşinqtonun dünyanı “demokratikləşdirmək” üçün apardığı qanlı təcrübələr xaos, qeyri-sabitlik və insanların ölümündən başqa heç nə gətirmədi. Yuqoslaviya, İraq, Liviya, Suriya və Əfqanıstan ABŞ-ın xarici siyasətinin aqressivliyini yaşamış ölkələrdən yalnız bir neçəsidir”.