Əslində, “hər şeyi görməyən” ATƏT müşahidəçiləri son bir ayda yüzdən çox minaatan top və özüyeriyən artilleriya qurğularının göndərildiyini müəyyən ediblər.
Axar.az xəbər verir ki, bunu separatçı-qondarma “luqansk xalq respublikası"nın başçısı Leonid Paseçnik deyib.
O bildirib ki, ATƏT müşahidəçilərinin Donbasdakı vəziyyəti izləmək üçün hər gün istifadə etdikləri pilotsuz uçuş aparatları uzaqdan göndərilən siqnallar vasitəsilə fəaliyyətsiz hala salınır:
“Kiyevin nəzarətində olan ərazidə elektron müharibə mexanizmləri fəal işləyir. Bütün bunlar onu göstərir ki, Ukrayna qoşunların və texnikanın yerləşdirilməsi prosesini müşahidəçilərdən gizlətməyə çalışır, onların vəziyyəti havadan görməsinə mane olur".
Qeyd edək ki, Türkiyə mediası Ukraynanın Donbasdakı təmas xəttinə 120 min hərbi qüvvə yığdığını yazıb.