Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar müsbət keçib.

Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

"Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra nümayəndə heyəti ABŞ-a getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik. Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, - Hulusi Akar əlavə edib.

Qeyd edək ki, növbəti danışıqların yanvarın sonu-fevralın əvvəllərində keçiriləcəyi gözlənilir. Türkiyəyə tədarük üçün hazır olan 6 F-35 isə hələ də anqardadır. Onların da taleyinə aydınlıq gətiriləcək.

NATO genişlənməyəcəyi ilə bağlı təminat verə bilməz.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

 

“Lakin Şərqi Avropa ölkələrinin alyansa daxil olması gündəmdə deyil”, - kansler bildirib.

ABŞ Əfqanıstana 20 milyon dollardan çox humanitar yardımı nağd pul şəklində təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Mərkəzi Bankı məlumat yayıb.

 

Məlumata görə, Əfqanıstana 23 milyon dollar vəsait daxil olub və bu vəsait Kabil hava limanından Əfqanıstan Beynəlxalq Bankının baş ofisinə çatdırılıb.

Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Sülh Duası Gününün keçirilməsini təklif edirəm.

Axar.az xəbər verir ki, bunu Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında dindarlar qarşısında ənənəvi bazar xütbəsi zamanı deyib.

 

“Mən Ukraynada sülhə yeni zərbə vurmaq təhlükəsi yaradan və Avropa qitəsinin təhlükəsizliyini şübhə altına alan gərginliyin artmasını böyük narahatlıqla izləyirəm. Vəziyyəti nəzərə alaraq, yanvarın 26-da Sülh Duası Gününün keçirilməsini təklif edirəm”, - Papa bildirib.

Almaniyanın Kiyevə silah satmaq istəməməsi Ukraynanı məyus edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

 

“Almaniyanın Ukraynaya müdafiə silahlarının tədarükünə razılıq verməkdən imtina etməsi bizi məyus edir. Təəssüf ki, ukraynalılar bunu onilliklər boyu xatırlayacaqlar və xarici işlər naziri kimi mənim üçün bu, çox kədərlidir”, - Kuleba bildirib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Annalena Berbok ölkənin ənənəvi olaraq münaqişə bölgələrinə silah verməkdən çəkindiyini bildirmişdi.

Qazaxıstanın 35 yaşlı tanınmış boksçusu Yedil Kojamberdiyev ölkə Prezidenti Qasım Jomart Tokayevlə bağlı zarafat edib.

Axar.az xəbər verir ki, o, Qazaxıstanın pul vahidi olan tengenin abreviaturasını Prezidentin baş hərfləri ilə müqayisə edərək İnstaqram səhifəsindəki hekayə bölümünə yerləşdirib.

 

“KZT-nin yeni deşifrəsi Qasım (Kasım) Jomart Tokayevdir”, - boksçu paylaşıb.

Ağ Evin mətbuat katibi Cen Psaki ilə jurnalist arasında gərgin dialoq yaşanıb.

Axar.az xəbər verir ki, keçirilən brifinqdə jurnalist Əfqanıstanda baş verənləri xatırladaraq “Ukraynada evakuasiya olacaq nə qədər Amerika vətəndaşı var” sualını verib.

 

Psaki isə sualı sərt şəkildə cavablandırıb:

“Bu, bütün dünyada açıq sualdır. Amerikalılar dünyanın dörd tərəfindəki ölkələrə getdikdə onlara çip taxmırıq və hərəkətlərini izləmirik”.

Tunisin Sfaks şəhəri sahillərində miqrantları daşıyan qayıq aşıb.

Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

 

Hadisə zamanı 5 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.

Xilasedici qruplar tərəfindən 21 miqrant isə xilas edilib.